K.Sayns: Gözlənilməz nəticə idi

Ferrari komandasının sürücüsü Karlos Sayns bildirib ki, beşinci yer Ferrari üçün gözlənilməz nəticə olub.

F-1.az xatırladır ki, Ferrari Zandfortda podiumu hədəfləsə də, həftəsonu ərzində sürət tapmaqda çətinlik çəkiblər. Hətta əksəriyyət düşünürdü ki, Ferrari komandasının sürücüləri sıralanma turunun son sessiyasına qala bilməyəcək.

Lakin Karlos Sayns yarış günü yaxşı performans göstərərək, beşinci olub və komandası üçün zərəri minimuna endirib.

Ancaq ispaniyalı sürücünün bu nəticəni qazanması heç də asan olmayıb. O, yarışın sonlarında Lyuis Həmilton və Lando Norrisə qarşı yerini müdafiə etməli olub. 29 yaşlı pilot yarışın sonuna qədər səhv etməyərək, rəqiblərini arxasında saxlaya bilib.

Beləliklə, Ferrari çətin keçən həftəsonunda  sonra həm Mercedes-dən, həm də McLaren-dən daha çox xal toplayıb.

Karlos Sayns: “Yarışən sonlarında başqa təkərimiz qalmamışdı və bu bizim üçün böyük problem idi. Çox işlənmiş keçid təkəri ilə yarışmalı olduq və bu təkərləri şənbə günü sıralanma turunda istifadə etmişdik və. Onlar çox yeyilmişdilər.

Yeddi dövrəlik son hissənin çətin olacağını bilirdik və elə də oldu. Ancaq ən azından Lyuis Həmiltonu geridə saxlaya bildim. Bu, yaxşı nəticədir, çünki təkərlər çox yeyilmişdi”.

Karlos Sayns bildirib ki, həftəsonu ərzində özündən sürətli rəqiblərlə mübarizə aparıb: “Bu həftəsonu hər şeydən maksimum istifadə etdim. Bütün yarış ərzində bizdən çox sürətli maşınlarla mübarizə apardım. Yarışın əvvəlindəki qarışıq hava şəraitində belə fərqimizi ortaya qoyduq.

Yarışın əvvəli bizi yaxşı vəziyyətə gətirdi. Ancaq podium uğrunda mübarizə təsadüfdən ibarət idi, çünki tempimiz podium üçün bəs eləmirdi. Bu həftəsonu bizdən sürətli sürücülərlə mübarizə apatdığım üçün sevincliyəm.

Növbədə Montsa yarışı var. Xüsusən də, Spa-dan sonra Montsa üçün pozitiv düşünürəm.

Sinqapur və Zandfort kimi yarışlarda problem yaşayacağımızı bilirik. Lakin Montsa yarışı üçün yaxşı nəticə gözləyirəm”.

Qeyd edək ki, Karlos Sayns bir ara üçüncü yerə yüksəlsə də, əvvəlcə Fernando Alonso, daha sonra isə Pyer Qasli onu keçiblər.

, , ,

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*