F-1.az xatırladır ki, ispaniyalı sürücü yarışa 5-ci yerdən başlasa da, startda 4-cü yerə yüksəlib. Yarışın sonlarında isə Peresin mübarizəni dayandırması ilə podiumun son pilləsini tamamlayıb. Beləliklə, 27 yaşlı pilot turnir cədvəlində həm Norrisi, həm də Lekleri qabaqlayaraq, 5-ci olub.
Karlos Sayns: “Podium yarışdakı digər hadisələrdən sonra baş verən ən gözəl şey idi. Həmişə düzgün vaxtda düzgün yerdə idik. Ferrari ilə olan gözəl mövsümü podium qazanaraq, 5-ci yerdə bitirdik. Yarışda maksimumu aldım və həzz aldım.
Sıralanma turundan daha güclü idim. Düzülüşə gedəndə boliddən razı idim. Hard təkərlərlə də tempimiz yaxşı oldu. Sondakı təhlükəsizlik maşını ilə həyəcan artdı, amma hər şeyi bir arada tuta bildik və həzz aldım”.