F-1.az xatırladır ki, ispaniyalı sürücü nahardan sonra 43 dövrə vurub və komanda yoldaşı Daniil Kvyatdan cəmi 0.069 saniyə geridə qalaraq 5-ci olub.
Karlos Sayns: “Bu gün etməli olduğumuz hər şeyi yerinə yetirdik və nəticədən razıyıq. Bolidə yaxşı sazlanma verdik. Komanda olaraq geridə qalan günə görə sevincliyik, lakin daha güclü ola bilərik. Cümə axşamından şənbəyə qədər çox şey dəyişə bilər. Digər komandalar da bolidlərini gücləndirmək üçün hər şey edəcəklər. Ümid edirəm ki, üstünlüyümüzü əldən vermərik”.