K.Sayns: Gərgin sessiya idi

Ferrari komandasının sürücüsü Karlos Sayns bildirib ki, Red bull-u məğlub etmək çətin məsələdir.

F-1.az xatırladır ki, ispaniyalı sürücünü birinci sərbəst yürüşlərdə Robert Şvartsman əvəz edib. İkinci sərbəst yürüşlərdə sükan arxasına Karlos Sayns keçib və liderdən 0.7 saniyə geridə qalıb.

Karlos Sayns: “Gərgin sessiya oldu. Xüsusən də ikincisi. İlk sessiyada qarajda dincəlirdim. Lakin ikinci sessiyada bolidi təkmilləşdirməli idim. Mən də trasa öyrəşməli idim.

Yaxşı zaman nəticəsi əldə etdik, ancaq inkişaf etməliyik. Sıralanma turunda işləri daha da yaxşılaşdıra bilərik. İlin son sıralanma turunu səbirsizliklə gözləyirəm.

Red Bull elə bil yenidən sürətlənib. Onları məğlub etməliyik. Xüsusən də, Maks həm sıralanma, həm də yarış tempində güclüdür. Ümid edirəm ki, sürətlənərik”.

, , ,

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*