F-1.az xatırladır ki, gələn mövsüm təqvimdə 23 yarış olacaq. Belə olan halda sürücülərin və komanda işçilərinin də işi çətinləşir. Üstəlik 23 yarış 8 ay ərzində keçirilməlidir. Yəni ki, ardıcıl 3 yarışın keçiriləcəyi periodlar olacaq.
Karlos Sayns: “Gələn il hamı üçün çətin olacaq. Biz sürücülər buna uyğunlaşmalıyıq. Özümüzə diqqət etməli və hazır olmalıyıq. Mövsümün sonlarənda ardıcıl yarışlar olacaq və uzun məsafəli səyahətlər etməli olacağıq. Mövsümün sonlarında formada qalmaq üçün proqram hazırlamalıyam”.