K.Sayns: “Gələcəyim Red Bull-dan asılıdır”

F-1.az xatırladır ki, ispaniyalı sürücü göstərdiyi performansla diqqətləri öz üzərində cəmləyə bilib. 23 yaşlı sürücü ilə Renault, Mercedes, Williams və […]

F-1.az xatırladır ki, ispaniyalı sürücü göstərdiyi performansla diqqətləri öz üzərində cəmləyə bilib. 23 yaşlı sürücü ilə Renault, Mercedes, Williams və Renault kimi komandalar maraqlanırlar. Sayns Red Bull-da yarışmaq istədiyini desə də, həm Rikkardonun, həm də Ferstappenin üstün çıxışı bu keçidi əngəlləyir.

Karlos Sayns: “Nələr olacağını bilmirəm. Əgər Red Bull oktyabra qədər mənimlə danışıqlara başlamasa, mən özüm gedəcəm. Bakıdakı yarışdan sonra bu dəqiqləşməlidir. Formula1-də bu cür şeylər yay aylarında olur. Hazırda səbirsiz deyiləm. Gələcəyimlə bağlı Red Bull və Helmut Markoya çox güvənirəm. Onlar gələcəyim üçün doğru şeyi edəcəklər. Sadəcə Red Bull üçün yox, mənim gələcəyim üçün də ən yaxşısını edəcəklər. Mənim inkişafımdan razıdırlar. Verdiyi dəstəyə görə də Helmut Markoya minnətdaram.

Gələcəyim Red Bull-dan asılıdır. Toro Rosso-da heç vaxt yarışmaram demirəm. Məni hərtərəfli sürücü edən onlardır və bundan fəxr duyuram. Toro Rosso-dakı qapını heç vaxt bağlamaram. Bunu etmək axmaqlıq olar. Əlimdəki tək seçim budur. Ümid edirəm ki, daha çox seçimim olar. Bütün bunları Red Bull-la təhlil edib qərar verəcəyik. Hazırda gördüyüm işdən həzz alıram”.

,

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*