F-1.az bildirir ki, ispaniyalı sürücü Red Bull-a aid olsa da, hazırda icarə əsasında Renault komandasında çıxış edir.
Karlos Sayns: “Əksəriyyət mənim gələn il nə edəcəyimi bilmək istəyir, amma hazırda bütün diqqətimi Renault-ya vermişəm. Çünki bu il məni komandaya gətirmək üçün sərmayə qoydular və onlara borcluyam. Buna görə də 2019-cu il barədə düşünmürəm. Renault-dayam və uzun illər burada yarışa bilərəm. Sonra isə hər şey ola bilər.
Mühərriklər gələcəkdə daha səsli və ucuz olmalıdırlar. Hazırkı mühərriklər çox bahalıdırlar. Amma texnologiyada geriyə getmək olmaz”.