F-1.az xatırladır ki, Formula1 mövsümü koronavirus pandemiyasına görə başlamaq bilmir. Buna görə də əksər Formula1 fanatları əvvəlki illərdəki yarışlara baxaraq vaxt keçirirlər. Sürücülər də yeni mövsümü bu cür gözləyirlər.
Karlos Sayns: “Köhnə yarışlara çox baxıram. Yata bilmirəm. Yerim saat 10-da girsəm də, saat 1-ə qədər yata bilmirəm, çünki köhnə yarışlara baxıram. Bir neçə həftə əvvəl 2012-ci il mövsümünü əl telefonumla izlədim. Komandaların gücləri demək olar bərabər idi. İlk 7 yarışda 7 fərqli sürücü qalib gəlmişdi. Formula1-də əvvəllər komandalar bərabər imiş. Maldonado, Peres, iki Ferrari, iki Lotus, iki McLaren… həm poul, həm də qələbə uğrunda mübarizə aparırlar.
2006-cı ilin yarışlarına da baxdım. 2008-ci ildəki Braziliya yarışını da izlədim. Gözəl vaxt keçirirəm”.