K.Sayns: Frederikə vaxt verilməlidir

Ferrari komandasının sürücüsü Karlos Sayns bildirib ki, Frederik Vassyörə vaxt verilməlidir.

F-1.az xatırladır ki, Ferrari 2022-ci ilin sonunda komanda rəhbəri Mattia Binotto ilə yolları ayırmış və onun əvəzinə Alfa Romeo-nun rəhbəri Frederik Vassyörü transfer etmişdi.

Karlos Sayns: “Fred Mattiadan fərqli adamdır və komandaya indidən təsir etdi. Biz 1200 nəfərlik böyük komandayıq və bura öyrəşməsi üçün vaxta ehtiyacı var. Bundan başqa komandanı ilk dəfə trasda bir həftə əvvəl gördü. Yəni ki, hələ öyrənir, ancaq indidən bəzi şeyləri dəyişdirdi. Ona vaxt verilməlidir”.

, , , ,

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*