F-1.az bildirir ki, Dakar rallisinin beşinci günündən etibarən FİA hibrid maşınların performansını artırmaq üçün bəzi qaydalarda dəyişiklik edib. Bu qaydalardan sonra Audi əlavə 8kW – əlavə 11 at gücü – istifadə edə biləcək.
Karlos Sayns: “FİA məlumatları hesablaya bilir və vəziyyəti görür. Hamı düşünürdü ki, Audi-nin üstünlüyü var. Ancaq o qədər üstün olmadığımız aşkarlandı. Reallıqlara xoş gəldiniz. Onlar bizə əlavə 11 at gücü verirlərsə, zəif olduğumuzu gördükləri üçündür. Mən əlavə güc istəməmişəm. Tək istədiyim şey maşınların güc və çəki balansının bərabər olmasıdır”.