F-1.az xatırladır ki, Avstraliya yarışın son dövrələrində Maks Ferstappen radio vasitəsilə komandasına və Saynsa xoşagəlməz sözlər demişdi.
Karlos Sayns: “Maks ilə aramda nə problem var? Nəyi səhv etmişəm? Mənim heç bir səhvim olmayıb.
Onun komanda ilə problemləri var. O, komanda ilə strategiya barədə danışmalıdır. O, mənə arxadan vurdu. Bəxtimiz onda gətirdi ki, hər ikimiz də yarışa davam edə bildik, yoxsa vəziyyət daha da pis olardı.
Bir nəfərin “Mən ondan sürətliyəm, ona deyin məni buraxsın” deməsi düzgün deyil. Amma nə mən ondan, nə də o məndən şikayət edə bilməz, çünki o mənimlə yox, komanda ilə problem yaşadı”.
Toro Rosso komandası yanvar ayındakı iclasda bildirmişdi ki, sürücülər eyni təkərdə və eyni strategiyada olsalar, onlara yarışmağa icazə verəcəklər.
Karlos Sayns: “Əgər ikimiz də fərqli strategiyalar seçsəydik və Maks SuperSoft, mən Medium təkərlərdə olsaydım, onunla mübarizə aparmazdım.
Biz hər ikimiz də nə etdiyimizi bilirik və ümid edirəm ki, daha heç bir problem olmaz. Mən öz yarışıma fokuslandım və Maksın bəzi problemləri oldu. Sözün düzü, mənim heç kimlə problemim yoxdur. Mən yarışda bütün qaydalara riayət elədim”.