K.Sayns: “Ferstappenə fikir vermirəm”

Toro Rosso komandasının sürücüsü Maks Ferstappen Avstraliya QP-dən sonra məyusdur, onun komanda yoldaşı Karlos Sayns isə əksinə, xoşbəxtdir.

F-1.az xatırladır ki, Maks Ferstappen mövsümün ilk yarışında 10-cu pilləni tutub. Komanda yoldaşı Karlos Sayns isə yarışı onun önündə başa vurub. Maks Ferstappen bildirib ki, onun bu yarışda bəxti gətirməyib, ona görə də yarışdakı nəticəsinə görə heç də sevinmir.

Xatırladaq ki, Ferstappenin sonuncu pit-stopunda komanda ləng işləyib və hollandiyalı sürücü vaxt itirib və komanda yoldaşı Saynsın arxasına düşüb. Bundan sonra o, Saynsa radio vasitəsilə iradlarını bildirib.

Maks Ferstappen: “Çox məyusam və əsəbiyəm. Ümid edirəm ki, sonrakı yarışda daha yaxşı nəticə göstərərik.

Əslində yaxşı yarışırdım, amma pit-stopdan sonra trafikə düşdüm”.

Ferstappen pitə gəldiyi zaman komanda hələ hazır deyildi. Hollandiyalı bu barədə də danışıb və bildirib ki, o və mexaniklər bir-birini başa düşməyiblər.

Karlos Sayns isə bildirib ki, onun komanda yoldaşı ilə problemi yoxdur: “Ferstappenin dediklərinə fikir vermirəm. Yarış ərzində çox rəqibimizi keçdik, amma istədiyimiz yerdə bitirə bilmədik.

Amma qazandığımız xallara görə sevinirəm və sonrakı yarışı səbrsizliklə gözləyirəm”.

, ,

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*