F-1.az xatırladır ki, ispaniyalı sürücünün adı keçən il Mercedes, Ferrari və Renault kimi komandalarla hallansa da, Red Bull şirkəti 22 yaşlı sürücünün keçidinə icazə verməmişdi.
Karlos Sayns: “Ferrari-nin transfer siyahısında olmaq hər sürücünün xəyalıdır. Karyerama görə Red Bull-a çox borcluyam və buna görə də ilk seçimim buradır. Toro Rosso sürücüsü olduğum müddətdə Red Bull-da yarışmağı xəyal edəcəm. Bunun üçün əlimdən gələni edəcəm”.
Toro Rosso komandasının rəhbəri Frants Tost da sürücüsünü tərifləyib: “Formula1-də istedadlı sürücülər üçün güclü bolidlər məhdud saydadır. Məsələn, Fernando Alonso mükəmməl sürücü olsa da, vəziyyəti ortadadır. Sayns ən yaxşı performansını göstərsə də, podiuma yüksələ bilmir”.