F-1.az xatırladır ki, ispaniyalı sürücü testlərin son günündə 50 dövrə vuraraq, lider Həmiltondan 1.6 saniyə geri qalıb.
Karlos Sayns: “Deyəsən, bu il də əsas mübarizə Ferrari və Mercedes arasında olacaq. Lyuisin nəticəsi hamımızı qorxutdu və buna Medium təkərlə nail oldu. Şərh vermək üçün tez olsa da, Avstraliyada poul uğrunda mübarizə Həmiltonla Ferrari sürücüləri arasında olacaq. McLaren, Renault və Red Bull üçün qələbə qazanmaq çətin olacaq. Çünki öndəki komandalar çox güclüdürlər. Hamı podiumu düşünür, amma 1-ci yarış podiuma çıxıb sonra geriləməkdənsə, bütün mövsüm stabil nəticə göstərmək daha yaxşıdır. Hədəfim 21 yarışdan da yaxşı nəticə ilə qayıtmaqdır.
Niko doğrudan da güclü sürücüdür. Xüsusən də, sıralanma turunda çox güclüdür, amma özümə güvənirəm və il ərzində komandanı irəli aparacağıq”.