F-1.az xatırladır ki, “qırmızılar” mövsümə elə də yaxşı başlamayıblar və onlar hazırda Mühəndislər Kubokunda 4-cü yerdədirlər.
Sürücülərdə də vəziyyərt ürəkaçan deyil. Onlar Britaniyada 9 və 10-cu yerləri tutublar. Lakin Vassyör düşünür ki, komandanın sürücüləri yaxşıdır və problem maşındadır.
Karlos Sayns: “Ferrari-də sürücülərin gələcəyini düşünməkdən daha vacib işlər var. Ardıcıl yarışlar olduğu halda bir dəqiqə oturub gələcəyiniz barədə düşünməzsiniz.
Yalan deməyəcəm. Avqustda üçhəftəlik tətildə məni nəyin xoşbəxt etdiyini düşünməyə başlayacam. Qış tətilində isə 2025-ci ildə harada yarışacağımla bağlı danışıqlar reallaşacaq.
Yenə də bu mövzuda Fredlə razıyam, çünki qısa müddət ərzində həll etməli olduğumuz başqa problemlər var. Mənim üçün əsas budur.
Məqsədimiz təkcə bu il yox, gələn il də rəqabətədavamlı ola bilməkdir. Müqaviləm davam edir və gələn ilin maşınının yaxşı olması üçün əlimdən gələni edirəm”.