F-1.az xatırladır ki, Toro Rosso komandası 2015-ci ilin sonunda Renault mühərriyindən imtina edərək, Ferrari mühərriyinə keçib.
Karlos Sayns düşünür ki, komandanın bu addımı onları dözümlülük və güc tərəfdən qabağa salıb: “Heç şübhə yoxdur ki, irəliyə doğru bir addım atmışıq. Hər yerdə daha çox güc əldə edirik. ERS-i daha rahat istifadə edirik və bolidi idarə etmək də daha rahat olub.
Ancaq ən böyük dəyişiklik gücdür və buna ehtiyacımız var idi”.
Toro Rosso komandası gələn həftə STR11-in son versiyasını və rəng çalarını təqdim edəcək. Sayns bu barədə də danışıb: “Bolid hazırda qarışıq detallardan yığılıb və hələ tam hazır deyil. Ona görə də hazırda zaman nəticələrinə baxmırıq.
Bolid barədə onu deyə bilərəm ki, o keçənilki bolidə bənzəyir.
Gələn həftə yeni detallarla işin nə yerdə olduğunu görəcəyik. Bu bolid STR11 detalları quraşdırılmış STR10-dur”.