F-1.az xatırladır ki, ispaniyalı sürücü 2021-ci ildə Ferrari-yə qoşulub və bəzi mütəxəssislər onun ikinci sürücü olduğunu düşünsələr də, o, Şarl Lekleri məğlub edərək, bu iddiaların üstündən xətt çəkib. Lakin Karlos bu mövsüm gözləntiləri qarşılaya bilmir. O, maşından çox şikayət edir və yarış temöində komanda yoldaşı Leklerə uduzur.
28 yaşlı pilotun sdı son günlərdə 2026-cı ildə idmana gəlməyə hazırlaşan Audi ilə hallanır.
Karlos Sayns: “Önümüzdə hələ çox vacib iki il var və bundan sonrası üçün indidən danışmaq axmaqlıq olar. Ancaq bir sürücü kimi tam potensilımı aça bilməmişəm. Ən azından burada doğru yöndə addım atdığımı düşünürəm.
Yaxın gələcəyimi Ferrari ilə görürəm və bu komandada uğur qazanmaq istəyirəm. Mən Ferrari ilə yenidən qazansam və çempionluq uğrunda mübarizə aparsam, çox xoşbəxt olaram. Qazansanız da, qazanmasınız da, bu çempionluq uğrunda mübarizədir. Zirvəyə çıxa da bilərsiniz, çıxmaya da bilərsiniz. Amma qısa müddətdə bu mübarizəyə qayıtmaq məni çox xoşbəxt edər.
Bu komandada özümü evimdəki kimi hiss edirəm. Burada yaxşı ab-hava var. Ətrafda çox söz-söhbət var, ammabazanı görürəm və hamı hazırda birlikdə işləyir”.