K.Sayns: Ferrari çox sürətli idi

Ferrari komandasının sürücüsü Karlos Sayns bildirib ki, Ferrari Britaniya yarışında çox sürətli olub.

F-1.az xatırladır ki, ispaniyalı sürücü yarışa 10-cu yerdən başlasa da, təkərləri yaxşı qoruyaraq, bir ara ikinci yerə qədər yüksəlmişdi. Lakin pit-stopda komanda onu 10 saniyə gecikdirib və ispaniyalı sürücü yekunda 6-cı yeri tutub.

Karlos Sayns: “Heyif oldu. Əla yarışırdıq. Hücum rejimində idik. Önümüz boş olanda maşın çox sürətli idi. Ferrari-ni sürməkdən həzz aldım. Pitdəki problemə görə şikayət etmək mənasızdır. Rikkardonu pitlərdə keçməyə çalışdıq. Lakin problem bizə baha başa gəldi.

Şarl əla yarışdı. Mən də yavaş pit-stopa baxmayaraq 6-cı oldum. Monte Karlosa qalib gəlmək üçün yaxşı tempimiz var idi. Burada Mercedes və Red Bull üstün idi. Silverstoun bizim üçün çətin trasdır və burada belə performans təəccüblüdür. Önümüz açıq olanda ən sürətli maşın bizimki idi.

Növbətə Macarıstan var. Görək orada nə edirik. Britaniyadan hamımız yaxşı ayrıldıq”.

, , ,

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*