K.Sayns: Əziyyət çəkdim

McLaren komandasının sürücüsü Karlos Sayns bildirib ki, Ayfel yarışında əziyyət çəkib.

F-1.az xatırladır ki, ispaniyalı sürücü 10-cu başladığı yarışı 5-ci yerdə bitirərək, aktivinə çox vacib 10 xal yazdırıb. Lakin Sayns həftəsonuboyu maşının yeniliklərindən narazı idi.

Karlos Sayns: “Beşinci yer gözəl nəticədir, amma 60 dövrə ərzində əziyyət çəkdiyinizdə bir az geridə qalırsınız. Xoşbəxt deyiləm. Rikkardo və Peres podium uğrunda mübarizə aparqrkən, beşinci yer yaxşı deyil və vacib fürsəti əldən verdim. Heyif ki, maşın podium uğrunda mübarizəyə icazə vermədi. Ümid edirəm ki, 60 dövrə ərzində komandaya geribildirim verə bilmişəm.

Landoya nə olduğunu araşdıracağıq. Vacib xallar itirdik. Problemləri həll etməliyik”.

, , ,

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*