F-1.az xatırladır ki, ispaniyalı sürücü bugünkü etapa ikinci başlasa da, beş kilometrdən sonra qəza edib. İspaniyalı sürücü qum təpəsindən düz tullanmayıb və maşının burnu yerə çırpılıb. Maşın bundan sonra fırlanıb.
Karlos Sayns və Lukas Kruz maşından düşsələr də, 60 yaşlı sürücünün belində ağrılar yaranıb və onu Riyaddakı xəstəxanaya aparıblar. Bundan sonra onların rallidən çəkildikləri deyilib. Lakin Sayns yarı yolda fikrini dəyişib və etapa geri dönüb.