K.Sayns: Ən yaxşı sıralanma turum idi

McLaren komandasının sürücüsü Karlos Sayns bildirib ki, karyerasının ən yaxşı sıralanma sessiyalarından birini keçirib.

F-1.az xatırladır ki, ispaniyalı sürücü son sessiyaya Medium təkərlərlə çıxan nadir sürücülərdən biri idi. Ancaq son sessiyada komanda yoldaşı Lando Norrisdən geridə qalıb.

Karlos Sayns: “ Üçüncü sessiyaya qədər ən yaxşı sıralanma turlarımdan birini keçirirdim, çünki bir təkər dəsti ilə həm ikinci sessiyaya, həm də son sessiyaya qaldım. Yarışda üstünlük qazana bilmək üçün riskə getdik və Medium təkərləri seçdik. Lakin son sessiyada tempimiz zəif olduğu üçün yaxşı dövrə vura bilmədim.

Təkərlər tez qızır və sıralanma turu yaxşı keçmədi. Deyəsən son sessiyaya Medium təkərlə qala bilən nadir sürücülərdənik. Yarış çətin olacaq. Soft təkərlə başlayanlar 8-10-cu dövrədə pitə gələcəklər. Ondan sonra trasda qalmaq çətin olacaq. Hamının təkəri təzə olduğu üçün bizə çatacaqlar.

Landonun nəticəsinə görə narahat deyiləm, çünki yeni motoru var. Onunla strategiyamız fərqlidir. McLaren-lə son yarışıma fokuslanmışam”.

, , ,

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*