F-1.az xatırladır ki, ispaniyalı sürücü 2021-ci ildə yaxşı performans göstərsə də, 2022-ci il onun üçün pis keçib. Mövsümün ilk yarısında səhvlər edən 28 yaşlı pilot çempionluq mübarizəsindən tez qopub.
Karlos Sayns: “Mövsümün startı çətin idi. Gözləmədiyim çətinliklərlə qarşılaşdım. Buna baxmayaraq motivasiyamı qoruyub özümü topladım. Həm komandanın, həm də mənim bəxtimiz gətirmədi, amma gedişatı dəyişə bildik. İndi yenə yaxşı performans göstərirəm. 2022-ci il karyeramın ən çətin mövsümü idi.
Bu bolidi sürdüyüm ilk 5-6 yarışda geridə qalsım və buna görə də tərzimi dəyişməli oldum. Bu da vaxtımı aldı. Bu prosesdə çox şey öyrəndim”.