K.Sayns: Emosiyanal davrandım

Ferrari komandasının sürücüsü Karlos Sayns bildirib ki, yarış vaxtı emosional davranmaq heç də yaxşı hərəkət olmayıb.

F-1.az xatırladır ki, ispaniyalı sürücü 4-cü başladığı yarışı Alpine komandasının sürücülərinin arxasında keçirib. O, əvvəlcə üçüncü yer uğrunda Esteban Okonla mübarizə aparıb və hətta rəqibinə arxadan təmas edib. Daha sonra isə yağış başladıqdan sonra yerində fırlanıb və 8-ci yerə qədər geriləyib. Bundan sonra isə digər Alpine sürücüsü Qaslinin gerisinə düşüb.

Karlos Sayns: “Xaotik yarış idi. Yarış ərzində Okonu qovdum və onun ötürmələr qutusunda idim. Təkərlərimi yaxşı qorudum. Düzü, Esteban yavaş pit-syop etmişdi və mən o dövrədə sürətli idim. Tempimi nəzərə alsaq, bir az səbirli olmalı idim, amma alınmadı. Yarış lotoreya kimi idi. Bazar günü bu hamı üçün keçərli idi. Sadəcə bəxtim gətirmədi.

İlk pit-stopum müzakirəyə açıq idi. Bunu yenidən təhlil edəcəm. Okon pitə girəndən sonra sürətli idim və məncə, önüm açıq olanda daha sürətli gedirdim. Təkəri çox yaxşı qorumuşdum. O pit-stop məni çox məyus etdi. Bunu radiodan belə açıq deməməli idim.

Əyləci basdıqdan sonra maşının arxasını itirdim və bolidi döndərməyə çalışdım. Yarışda hamımız yerimizdə fırlanmağa yaxın idik. Hamımız divarlara toxunurduq. Ən pis vaxtda yerimdə fırlandım, amma bolidi yaxşı qurtardım. Əsl lotoreya idi və təkərlər bu hava şəraitində bərbad idi. Hamımız həyatda qalmağa çalışdıq”.

, , ,

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*