F-1.az xatırladır ki, ispaniyalı sürücü Macarıstandakı sıralanma turunun ikinci sessiyasında yerində fırlanaraq divara çırpılıb və mübarizəni dayandırmalı olub. Yekunda 15-ci olan Sayns təəccüblənib: “Əvvəlki dövrədə bolid öndən sürüşürdü. Buna görə də arxanın sürüşməsini gözləmirdim. Qəribə idi, çünki döngəyə əvvəlki cəhdimə nisbətən daha yavaş girmişdim. Ancaq 3 km sürətlə əsən külək məni trasdan çıxardı. Lakin bu da bəhanə deyil. Belə hadisələri həmişə yaşamadığım üçün öz üzərimdə təzyiq yaratmayacam.
Komandadan üzr istəyirəm, çünki ilk sessiyada güclü idim və yaxşı fürsəti əldən verdim. Bu bolidlər küləyə qarşı həssasdırlar. Ancaq olan oldu.
Bu trasda təkər seçimi sizə üstünlük qazandırmır. Buna baxmayaraq əlimizdən gələni edəcəyik. Bu trasda sıralanma turunda problem yaşamaq lap pisdir. Burada ötmə etmək çox çətindir.
Mənə dedilər ki, qəza 22G təzyiqində oldub. Bolid zədələndi və ön qanad altda qaldı. Təslim olmadım və sürmək istədim, lakin alınmadı”.