F-1.az xatırladır ki, ispaniyalı sürücü son iki yarışda mübarizəni dayandırmış və xalsız qalmışdı. Lakin 27 yaşlı pilot axır ki, şeytanın qıçını qırıb və Mayamidə yenidən podiuma qayıdıb.
Karlos Sayns: “Hər şey daha yaxşı idi. Cümə günü etdiyim qəzadan sonra ağrım var idi, amma bununla mübarizə aparmalı idim. Xüsusən də, son dövrələrdə Çekoya qarşı müdafiə olunmaq çətin idi. Yenə də podiumu qorudum və əla nəticədir.
Çox çətin yarış idi. Bolid davamlı sürüşürdü. Günün sonunda layiq olduğumuz nəticəni qazandıq. Üçüncü yeri tutduq və bundan sonra yaxşı nəticələr gələ bilər. Daha yaxşısını istəsəm də, nəticədən razıyam”.