F-1.az xatırladır ki, ispaniyalı sürücü Bəhreyndəki cümə sərbəst yürüşlərində 13-cü olub.
Karlos Sayns: “Soft təkərlə atdığım 10 dövrə əyləncəli idi, çünki get-gedə zaman nəticələri zəifləyir. Ona görə də təkərə yaxşı baxmalısınız. Daha sonra dövrələriniz yavaşlayır və limitdə sürməmək üçün özünüzü zorla saxlayırsınız.
Bizi maraqlı yarış gözləyir. Bazar günü 2-3 fərqli tərkibdən istifadə edəcəyik. Ona görə də əyləncəli yarış olacaq. Hər cür strategiya var. Hard təkərlər pis deyillər, çünki mövsümün ən sərt tərkibləridirlər. Bazar günü fərqli strategiyalar görə bilərik”.