F-1.az xatırladır ki, ispaniyalı sürücü Cidddədəki cümə sərbəst yürüşlərini 3-cü yerdə bağlayıb.
Karlos Sayns: “Gözlədiyimiz kimi oldu. Bu maşınlar Ciddədə Bəhreynə nisbətən fərqli davranırlar. Düzgün sazlanma axtarırıq. Dalğalanma bizə problem yaratsa da, narahat deyiləm.
Keçən il olduğu kimi bu il də ən doğru təkəri və strategiyanı seçmək vacib olacaq. Heyif ki, maşını divara sürtdüm və bir az boksda qalmalı olduq. Görək şənbə günü nə olur”.