F-1.az xatırladır ki, ispaniyalı sürücünün əsas rəqibi Pyer Qasli startda Stroll insident yaşayaraq, ən geriyə düşdükdən sonra Karlos Saynsa Sürücülər Çempionatında altıncı olmaq üçün 1 xal bəs edirdi. Lakin ispaniyalı sürücü son dövrəyə Hülkenberqin arxasında 11-ci yerdə başlayırdı. Amma 25 yaşlı pilot sona 10 döngə qalmış almaniyalı rəqibinin hava kisəsinə daxil olub və rəqibini qabaqlayıb. Beləliklə, 1 xal qazanan Sayns çempionatı altıncı yerdə başa vurub.
Karlos Sayns: “Mənimçün həyəcanlı son dövrə idi. Elə bil ki, Dünya Çempionu oldum. Doqquzuncu döngədə Nikoya hücum edə bilərdim. Amma gözlədim və istədim ki, hücumu 11-ci döngədə edim. Lakin 10-cu döngədən çıxa bilmədim və 11-ci döngədə işim çətinləşdi. Daxili trayektoriyada kiçik boşluq gördüm, ancaq çox dar idi. Ancaq Rikkardoya etdiyim hücumu təkrarladım və bacardım. Çempionatın sonunda, son dövrədə və son ana qədər mübarizə aparmaq mükəmməldir”.