F-1.az xatırladır ki, ispaniyalı sürücü yarışa üçüncü yerdən başlasa da, startda Peresin gerisinə düşüb və daha sonra isə yerində fırlanaraq, dıvara çırpılıb.
Karlos Sayns: “Peresin spreyindən qaçmağa çalışırdım. Dördüncü döngədə trası görmək olmurdu və spreydən qaçanda keçid təkərləri ilə gölə girdim. Bu təkərlərin o qədər suyu təxliyə etməyə gücü çatmır və buna görə də yerimdə fırlandım.
Heç yaxşı deyildi. Ümid edirdim ki, digər sürücülərin refleksləri yaxşı olar və mənə çırpılmazlar. artıq bəxtimə güvənməyə başladım. Çünki arxadan gələnlər bolidimi görə bilmirdilər. Mənə çırpılmasın deyə dua edirdim”.