20F-1.az xatırladır ki, ispaniyalı pilot rəqiblərindən fərqli strategiya seçərək pitə gec gedib və birbaşa quru təkərlərə keçib. Amma pit çıxışında Peresin arxasında qalıb. Yarışın sonuna qədər meksikalı rəqibini keçə bilməyib və ikinciliyə razı olub.
Karlos Sayns: “Dəlisov yarış idi və hər şeyi düzgün etdik. Səbirli davrandıq və birbaşa quru təkərlərə keçməklə düzgün qərar verdik. Trasa qayıdarkən dövrəvi sürücüyə ilişdim və bu qələbəmi əlimdən aldı. Məyusam. Çıxış dövrəm təmiz olsa, qələbə qazana bilərdim. Bu idman belədir.
Son dövrələrdə arxa təkərlərim yeyilmişdi. Buna görə də tunelə girərkən ona yaxınlaşa bilmirdim. Hücum etmək istəsəm də, xarici trayektoriya yaş idi. Çeko gec əyləcə basırdı. Mən də elə etsəm, ikimiz də mübarizəni dayandırardıq”.