F-1.az xatırladır ki, Toro Rosso komandası sıralanma turunda əla performans göstərərək, 6-cı yeri tutub.
Ard-arda ikinci yarışda Kvyatı arxada qoyan ispaniyalı sürücü bildirib ki, atdığı bu dövrə onun edə biləcəyinin ən yaxşısıdır: “Atdığım dövrə edə biləcəyimin ən yaxşısı idi. Bəlkə də ilk döngədə kiçik bir səhv etmişəm. Hələki telemetriya məlumatlarına baxmamışam. Amma yaxşı iş gördüyümü düşünürəm. Beşinci yerdən sadəcə 0.002 saniyə geridə qaldım.
Nəticədən razıyam. Daha yaxşısını göstərmək mümkün deyildi. Üçüncü və dördüncü döngələrdə çox sürətliyik, amma tunel hissəsində çox zəifik. O hissədə 0.2 saniyə itiririk. Böyük ehtimalla, birinci və ikinci döngələrdə də 0.2 saniyə itiririk. Bunları çıxsaq, döngələrdəki ən sürətli üçüncü komandayıq”.