F-1.az xatırladır ki, ispaniyalı pilot sıralanma turunda çox zıəif təsir bağışlayıb və beşinci olub.
Karlos Sayns: “Bolidi sürmək çətin idi. Belə olan halda dövrəni bir araya gətirmək də çətinləşir. Bu gün boliddən maksimum performans aldım. Lakin bəs eləmədi. Görək nə olub. Deyəsən dəniz səviyyəsindən yüksəkdə olduğumuz üçün performans itirdik.
Yenə də dəniz səviyyəsi bizim döngədəki performansımıza təsr etməməlidir. Buna görə də problem təkərlərdə ya da motorda ola bilər. Dəniz səviyyəsinə görə motor lazımi performansda işləyə bilmir. Bolid və təkərlər qabarlarda və porebriklərdə mənə çətinlik yaratdı.
Bu tras bizim üçün əlverişi deyil, amma əlimizdən gələni etməyə çalışdıq. Bolidi detallı şəkildə yoxlayacağıq. Amma ruhdan düşməməliyik. Yarış tempimiz sıralanma tempimizdən güclüdür. Sabah bəzi şeyləri təhlil etməliyik. Düşünürəm ki, dolu çənlə daha güclü olacağıq”.