K.Sayns: Dəyişiklik performansıma təsir etdi

McLaren komandasının sürücüsü Karlos Sayns düşünür ki, soyutmanı yaxşılaşdırmaq üçün boliddə edilən dəyişiklik maksimum sürətin azalmasına səbəb olub.

F-1.az xatırladır ki, McLaren keçən həftə Silverstounda sürətli olsa da, bu həftə sıralanma turunda 13-cü ola bilib və bu mövsüm ilk dəfə ikinci sessiyada ələnib.

Karlos Sayns: “Sıralanma turu başladığında rəqiblərimizin bu həftə bizdən sürətli olduğunu gördük. Bundan əlavə sonuncu sərbəst yürüşlərdə bolidimdə problem yaşandı. Bolid çox qızmışdı və bunu həll etmək üçün arxads soyutma deşikləri açdıq. Buna görə də maksimun sürətimiz azaldı. Kefim pozulub, çünki siyahıda kiçik problemimiz var. Yarış üçün yaxşı yerdə deyilik.

Landonun maşını ilə mənimki fərqlidir. Onun maşınında soyutma deşikləri azdır. Bu da maksimum sürətə təsir edir.

, , ,

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*