K.Sayns: Dəlisov sessiya idi

Ferrari komandasının sürücüsü Karlos sayns bildirib ki, hədəfi sprint yarışını podiumda bitirməkdir.

F-1.az xatırladır ki, ispaniyalı sürücü Braziliyadakı sıralanma turunda 5-ci yeri tutub.

Karlos Sayns: “Hava şəraiti və təkər seçiminə görə dəlisov sıralanma turunu geridə qoyduq. Xüsusən də son sessiyada. Trasa ən öndə çıxmaq istəsəm də, Şarlın arxasında qaldım. Buna görə də Kevinə qarşı vaxt itirdim. Buna görə də Kevin daha quru asfaltda dövrə atmış oldu.

Yaxşı nəticə üçün limitlərdə sürdüm və səhvlər etdim. Yoxsa iki y ada üçüncü yer mümkün idi. Kevini təbrik edirəm. Poula layiq idi. Ona heyranam və sevinirəm.

Sprint yarışında zərəri minimuma endirmək üçün podiuma yüksəlməyi hədəfləyirik”.

, , ,

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*