K.Sayns: “Daha stabil olmalıyam”

Toro Rosso komandasının sürücüsü Karlos Sayns bildirib ki, yeni mövsümdə stabil çıxış etməlidir və komandasını çempionatda ilk beşliyə çıxarmalıdır...

F-1.az xatırladır ki, Toro Rosso komandası bu il Renault mühərriklərindən imtina edib və Ferrari mühərriklərinə keçib. Amma bu çətinliklərə baxmayaraq, Toro Rosso testlərdə ən çox məsafə qət edən ikinci komanda oldu.

İtalyanların builki hədəfi çempionatda beşinci yeri tutmaqdır. Bu barədə Karlos Sayns danışıb: “Mən artıq stabil sürücü olmalıyam. Keçən il qazandığım təcrübə mənə kömək edəcək. Amma güclü olduğum yönlərimi də təkmilləşdirməliyəm.

Komanda olaraq hədəfimiz çempionatda beşinci pilləni tutmaqdır. Ona görə də komandama kömək etməliyəm.

Kağız üzərində hesablasaq, Mercedes AMG, Ferrari, Williams və Red Bull komandaları bizdən öndədirlər. Yeni mövsümdə nələrin baş verəcəyini görəcəyik”.

Xatırladaq ki, Sayns keçən il bir neçə dəfə texniki problem yaşayıb və 7 dəfə yarışxarici qalıb. Amma ispaniyalı sürücü düşünür ki, Ferrari mühərriyi bu problemlərin qarşısını alacaq: “Mənim üçün bəxti gətirmir söhbəti yoxdur. F1-də qüsursuz işlər görmək lazımdır. Əgər siz işə 100 faiz gücünüzü qoymursunuzsa, deməli probleminiz var.

Ferrari ilə daha dözümlü olacayıq. Toro Rosso pit-stoplarda zəifdir, amma o sahədə də özümüzü inkişaf etdirəcəyik”.

Karlos Sayns keçən il komanda yoldaşı Maks Ferstappenə xal hesabında 49:18 uduzmuşdu. Amma ispaniyalı bildirib ki, onun hədəfi təkcə Ferstappeni məğlub etmək deyil: “Formula1-də ilk hədəfiniz komanda yoldaşınızı məğlub etməkdir, amma mənim hədəfim təkcə komanda yoldaşımı yox, hamını məğlub etməkdir. Formula1-də çıxış edən sürücü qazanmaq üçün yarışmalıdır. Ona görə də təkcə komanda yoldaşınızı məğlub etmək bəs eləmir”.

, , ,

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*