F-1.az xatırladır ki, güclü şassisi olan Toro Rosso komandası Ferrari mühərriyinə keçdikdən sonra hamı onlardan mükəmməl başlanğıc gözləyirdi.
Mövsüm başlamamışdan əvvəl Red Bull komandasının rəhbəri Kristian Horner bildirmişdi ki, Toro Rosso mövsümün ilk yarışlarında onları qabaqlayacaq, ancaq 3 yarışdan sonra Red Bull-un 57, Toro Rosso-nun isə 17 xalı var.
Komandanın ispaniyalı sürücüsü Karlos Sayns da Rusiya QP-dən əvvəl komandanın gözləniləndən zəif çıxış etdiyini bildirib: “İlk 3 yarış barədə danışsaq, deyə bilərəm ki, daha artığını edə bilərdik, ancaq bunu demək asandır.
Avstraliyada çox sürətli idik və bolidimiz rəqabətədavamlı idi. Bolidimiz orada güclü olmalı idi, amma təkərləri nəzarətdə saxlamaq çətin idi və biz real gücümüzü göstərə bilmədik. Biz qışda bu cür şəraitdə demək olar ki, işləmədik.
Bəhreyn QP-də Avstraliya yarışına nisbətən güclü idik, sıralanma turunda zəif nəticə göstərsək də, tempimiz güclü idi, amma mən Serxio Pereslə insident yaşadım və buna görə də zəif çıxış etdim.
Çində isə ekvatorda idik. Nə yaxşı idik, nə də pis idik. İndi isə Rusiyadayıq və bütün komanda daha çox xal yığmağı düşünür”.