F-1.az xatırladır ki, ispaniyalı sürücü Çində cümə sərbəst yürüşlərində lider Həmiltondan 0.9 saniyə geri qalaraq 8-ci olub.
Karlos Sayns: “Mənim üçün, eləcə də komandam üçün yaxşı cümə günü idi. Rəqiblərimizə çox yaxın idik və bu, bizim üçün gözəl xəbərdir. Çin trasının xarakteriskası fərqlidir, ancaq sazlanmaları tapa bildik. Balans da yaxşı olduğu üçün bolidi sürmək bizə həzz verdi. Yarış tempində də güclü olmalıyıq. Vahid dövrədə güclü olsaq da, yarışda rəqiblərimiz bizi qabaqlayırlar. Təkərlərə yaxşı nəzarət etmək çox vacib olacaq. Tərkiblər arasında fərqlər böyükdür və yeyilmə problemi olacaq. Buna görə də düzgün strategiya seçməliyik”.