F-1.az xatırladır ki, ispaniyalı sürücü keçən mövsümü 5-ci yerdə bitirib.
Karlos Sayns: “Bu həm yaxın, həm də uzaq ehtimaldır. Yaxındır, çünki dünyanın ən yaxşı komandalarından birindəyəm, amma Formula1-də komandaların və sürücülərin səviyyəsi yüksəkdir. Arzum odur ki, ən güclü bolidlərdən birinə sahib olaq və bundan faydalanaq.
Bu il ilk dəfə rəqabətədavamlı bolidimiz oldu və buna görə çox şey öyrəndim”.