F-1.az xatırladır ki, ispaniyalı sürücü bolidi boksdan start düzülüşünə gətirərkən arxa tərəfdən dumanlar çıxmağa başlayıb. Bundan sonra Sayns yenidən boksa qayıtmalı olub və mexaniklər motor qapağına sökərək, problemi həll etməyə çalışıblar. Lakin 26 yaşlı pilot yarışı buraxmalı olub.
Karlos Sayns: “Çox məyusam. Düzülüşə gedərkən burnuma pis iy gəldi. Güzgüyə baxanda arxada duman gördüm. Daha sonra səslər gəldi. Elə bil nəsə qırılmışdı. Düşünürük ki, problem mühərrikdəki silindirlərdən qaynaqlanır. Bir söz deməyimə icazə vermirlər.
Çox gülməlidir. Çünki mühərrik əla işləyirdi. Əslində bu mühərriyin ikinci yarışıdır və belə görünür ki, çox dözə bilməyəcək. Spada ardıcıl ilinci dəfə start ala bilmirəm və məyusam. Ümumilikdə isə üçüncü dəfədir. 2015-ci ildə də eyni hal baş vermişdi. Bu trası çox sevirəm və buna görə də start ala bilməmıyim məyusedicidi.
Bu il yaşadığım ilk problem deyil. Elə bil xal almağımıza icazə vermirlər. Sıralanma turunda yaxşı çıxış etmişdim, heyif ki, yarışa bilmədim”.