K.Sayns çox əsəbidir

Ferrari komandasının sürücüsü Karlos Sayns bildirib ki, sıralanma turunun son sessiyasında yaşanan hadisələrə görə əsəbidir.

F-1.az xatırladır ki, ispaniyalı sürücü Albert Parkda poul uğrunda mübarizədə əsas favoritlərdən biri idi. Lakin son sessiyada əvvəlcə Alonsonun qəzasına görə dövrəsini bitirə bilmədi. Daha sonra isə atəşləmə şamlarında problem yaşayaraq, trasa gec çıxdı və sürətli dövrə vura bilməyərək, 9-cu yerə razı oldu.

Karlos Sayns: “Mattia əsəbi olduğumu bilir. Bu cür problemlər yaşamamalıyıq. Əsl fəlakət idi və xoşbəxt deyiləm. Sabah zərəri minimuma endirməyə çalışacağıq. Ümid edirəm ki, gecə yata biləcəm.

Üçüncü sessiyada yaxşı dövrə vururdum, amma qırmızı bayraq işləri korladı və dövrəni tamamlaya bilmədik. İkinci dövrəmdə isə motor işləmədi və buna görə trasa 3 dəqiqə gec başladım. Təkərlərin işləməsi üçün iki dövrəyə ehtiyacım olsa da, vaxt yox idi. Buna görə də soyuq təkərlərlə dövrəmə başladım və bərbad idi. Az qala qəza edirdim. İki cəhdimdə də problem yaşadım və bu, bədbəxtlikdir. Çox əsəbiyəm. İlk cərgə üçün mübarizə apara bilərdik.

Yarışda aqressiv olacağıq. Yüksəlmək üçün hər şey edəcəyik. Burada orta qrup da liderlərə yaxındər. Bəhreyndəki üstünlüyümüz yoxdur. Buna görə də çətin yarış olacaq”.

, , ,

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*