K.Sayns: Ciddi rəqiblərimiz var

McLren komandasının sürücüsü Karlos Sayns bildirib ki, əsas rəqibləri AlphaTauri və Racing Point olacaq.

F-1.az xatırladır ki, qış testlərində həm Racing Point, həm də AlphaTauri güclü görünüblər. McLaren yarış tempində hər iki komandadan üstün görünsə də, Karlos Sayns narazıdır: “Hazırda asfaltayatma qüvvəmiz daha yaxşıdır və bolidi idarə etmək rahatdır. Xüsusilə, birinci və ikinci sektorlarda güclüyük. Testin son günündə son sektorda da təkmilləşdik. Lakin hələ çox işləməliyik. Görək Melburnda necə olacaq. Melburnda əksər suallara cavab tapacağıq. Testlərdə komandalar fərqli yanacaq yükü və motor rejimi ilə işləyiblər. Buna görə də nəticələri ciddiyə almaq olmaz. Ancaq inkişaf etməliyik. Bütün komandalar testlər ərzində güclü idilər. Buna görə də orta qrupda kimin güclü olduğunu demək çətindir. Amma ən təhlükəli rəqibimiz Racing Point və AlphaTauri-dir.

Ümid edirəm ki, liderlə fərqi azaltmışıq. Bu mənim ən vacib istəyimdir. Lider startda problem yaşadıqdan sonra gəlib hamını keçməməlidir. Hər şey Melburnda məlum olacaq”.

,

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*