F-1.az xatırladır ki, Ferrari mövsümün ilk yarışı Bəhreyndə təkər yeyilməsi ilə bağlı problem yaşamış və Sayns yarışı Ferstappendən 48 saniyə geridə bitirmişdi.
Lakin Saxirdəki asfalt 2004-cü ildən bəri yenilənmir və buna görə təkərlər üçün ən çətin yarış kimi qəbul olunur. Ciddədə isə daha yeni asfaltın olduğu nəzərə alında, “qırmızılar” daha az problem yaşaya bilər.
Karlos Sayns: “İnanıram ki, Ciddədə daha rəqabətədavamlı olacağıq, çünki asfalt limitdə sürməyə imkan verir. Yeyilmə az olacaq. Bu maşınlarla bir yarış keçirmişik. O da Bəhreyn. 7 gün orada sürdük və problemlər aşkar formada görünürdü.
Görək Ciddədə asfalt necə olacaq. Bəlkə, ön təkrələrə daha çox yüklənərik. Görək nə olur. Müsbət düşünmək istəyirəm”.