F-1.az xatırladır ki, hər sürücü mövsüm ərzində 3 mühərrikdən istifadə edə bilər. Amma Renault mövsüm ərzində 4 mühərrikdən istifadə edərək, cəza almağa razıdır. Fransa təmsilçisi daha çox yenilik gətirməyi planlaşdırır.
Karlos Sayns: “Çempionluq uğrunda mübarizə aparmadığımız üçün istədiyimiz qədər mühərrikdən istifadə edə bilərik. Sadəcə yeni gələn mühərrik əvvəlkinə nisbətən güclü olmalıdır. Layihəmiz təkmilləşməkdədir və daha çox mühərrikdən istifadə etsək, irəli gedə bilərik”.