F-1.az xatırladır ki, ispaniyalı sürücü Avstriya yarışını motoru partladığı üçün bitirə bilməmişdi. Boliddəki digər qurğular da yararsız hala gəldiyi üçün Saynsın Fransada yeni qurğuya keçməsi gözlənilirdi. Buna görə də 27 yaşlı pilot yer itirmə cəzası almalı idi.
Ferrari bu gün verdiyi açıqlamada bildirib ki, Saynsı üçüncü idarəetmə elektronikasına keçiriblər və buna görə startda 10 yer itirəcək. Lakin bazar gününə qədər digər detalların dəyişilməsi də gözlənilir.
Bundan başqa Lyuis Həmilton bu həftə tamamilə yeni güc qurğusuna keçib. Corc Rassell yeni enerji depolayıcısı və idarəetmə elektronikasına, Quanyu Çjou isə yeni enerji depolayıcısına keçib. Ancaq bu sürücülər limit keçmədiyi üçün cəza almayacaqlar.