K.Sayns: “Çempionlar divarına çırpılmaq xoş deyil”

Karlos Sayns Kanadada etdiyi qəzadan sonra bildirib ki, sıralanma turunda çox risk alıbdı.

F-1.az xatırladır ki, ispaniyalı sürücü ikinci sessiyada çempionlar divarına çırpılmışdı və seans qırmızı bayraqlarla dayandırılmışdı. Qəzadan sonra açıqlama verən Sayns bildirib ki, yaxşı bir dövrə vurmaq üçün çox risk edib: “Çempionlar divarına çırpıldım. Amma heç də yaxşı olmadı. Sürətli dövrəyə ehtiyacım var idi. Birinci sessiyada sürətli deyildik və buna görə də ən yaxşı nəticəni göstərməli idim.

Düşündüm ki, risk almalıyam və bəxtimi sınadım. Bu, bəzən yaxşı nəticə verir. Amma bu dəfə alınmadı. Məyusam. Boliddə zədə var, amma əminəm ki, mühəndislər bunu yenidən düzəldəcək. Onlar üçün məyusam. Amma bolid sabaha hazır olmalıdır. 16-cı yer elə də pis yer deyil. Ümid edirəm ki, ötürmələr qutusunu dəyişdirmək məcburoyyətində qalmarıq. Əgər dəyişdirsək, startda 5 yer itirəcəm və işlər daha qarışıq olacaq. Amma əminəm ki, sabah işlər daha yaxşı olacaq. Bu gün daha artığını istəyirdim, amma alınmadı. Sabah daha yaxşı olacaq. Yaxşı strategiya ilə yüksələ bilərik”.

,

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*