F-1.az xatırladır ki, ispaniyalı sürücü 2017-ci ildə 54 xal toplayaraq 9-cu yeri tutub.
Karlos Sayns: “Bu il çox aqressiv idim. Xal qazanmaq üçün belə olmaq lazımdır. Heç kim öz yerini sizə verib xalla təmin etmir. Xüsusən də, sıralanma turunun son sessiyasına qala bilmədiyimiz yarışlarda daha aqressiv olmalı idik. Toro Rosso ilə gözəl mövsüm keçirdim. Çempionatdakı vəziyyətimə və topladığım xallara baxsaq, əla mövsüm keçirdim. Renault ilə çıxdığım 4 yarışda etibarlılıq problemləri yaşadığıma görə istədiyim nəticələri ala bilməsəm də, gələn ilə ümid edirəm. Özümü təkmilləşdirərək Renault-ya transfer olundum. Bunlar mənim doğru yolda olduğumu göstərdi”.