K.Sayns: “Bu beşincilik fərqlidir”

McLaren komandasının sürücüsü Karlos Sayns keçən həftə Almaniyada qazandığı beşinciliklə Macarıstandakı beşinciliyi bir tutmur.

F-1.az xatırladır ki, ispaniyalı sürücü Hunqarorinqdəki yarışa 6-cı yerdən başlasa da, finişə beşinci yerdə çatıb və son 3 yarışda 28 xal toplayıb.

Karlos Sayns: “İkinci dəfə beşinci oldum və daha əvvəl karyeramda belə şey olmamışdı. Nəticədən razıyam və Hokkenhaymdakından daha yaxşı performans göstərdim. Normal bir yarışda Mercedes və Red Bull-u qabaqladım və xoşbəxtəm. Birinci pit-stopa qədər tempim yaxşı idi və mənə Ferrari sürücülərindən sürətli olduğumu dedilər”.

, , ,

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*