F-1.az xatırladır ki, Karlos Sayns sıralanma turunda 8-ci, Daniil Kvyat isə 9-cu olub.
Karlos Sayns: “Məncə, gözək gün oldu. Amma qüsursuz gün deyildi. Sıralanma turunun əvvəlində bolidin balansı çox pis idi. Sürəndə özümü rahat hiss etmirdim. Amma sonra özümü toplayıb gözəl dövrə vurdum və ikinci sessiyaya çıxdım. Burada işlər bizim üçün ideal deyildi. Bir ara son sessiyaya çıxa bilməyəcəyimi düşünürdüm. Amma son sessiyaya qala bildim. Cümə günü gözəl dövrələr vurmaq asan idi. Amma sıralanma turunda bunları təkrarlamaq çətin oldu. Lakin 8-ci və 9-cu yerləri tutmaq uğurdur və komandanı təbrik etmək istəyirəm. Ümid edirəm ki, yarışda gözəl nəticələr alarıq”.