K.Sayns: “Böyük komandalardan təklif gözləyirəm”

Toro Rosso komandasının sürücüsü Karlos Sayns inanır ki, hazırkı performansını davam etdirsə, güclü komandalardan transfer təklifləri ala bilər.

F-1.az xatırladır ki, Karlos Sayns 2 ildir ki, Toro Rosso-da yarışır. İspaniyalı sürücü Ferstappen ilə başa-baş mübarizə aparsa da, Red Bull hollandiyalı sürücünü seçmişdi. Sayns bildirib ki, Red Bull ondan razıdır və o da Red Bull-da yarışacaq: “Pozitiv fikirləşirəm, çünki bir neçə gözəl yarış keçirdik. Gözəl bir hissiyat əmələ gətirdik. Red Bull ilə nə vaxt danışsam, məndən razı olduqlarını deyirlər. Mən də Toro Rosso-dan razıyam. Güclü komandalarda çıxış etməyimə az qalıb.

Bunu deyirəm, çünki buna inanıram. Yaxşı performans göstərsəm, mənim üçün fürsətlər də artacaq”.

Toro Rosso sürücüsünün gələcəyi məlum olmasa da, italyan komandasında qalmağın pis alternativ olmadığını bildirib: “Bura pis komanda deyil. Toro Rosso-nun gələn ilə hazırlaşdığını bilirəm. Renault-nun güc qurğusu Ferrari-nin güc qurğusuna yaxın görünür. Gələn il güclü paketimiz ola bilər. Doğru istiqamətdə addımlayırıq”.

Sayns Monakoda pitdə problem yaşayana qədər podiuma yaxın idi. İspaniyalı əlindən gedən fürsətə görə məyusdur: “Mövsümün ilk 4 yarışı əsəblərimi pozdu. Barselonada qəribə hallar baş vermədi və yaxşı nəticə aldıq. Formula1 karyeramdakı ən güclü həftəsonum idi.

Monakoda da kiçik detalları çıxsaq, eyni cür idi. Bunlara baxmayaraq, iki yarış da yaxşı keçdi və vəziyyəti daha da yaxşılaşdırmaq istəyirəm.

Yay tətilindən əvvəl Silverstoun və Hunqarorinqdə iki güclü yarış keçirə bilərik. Amma Monako əlimdəki ən yaxşı fürsət idi. Təkrar etməyi sevmirəm, amma Monakoda uğursuz bir pit-stopa görə podium şansını əldən verdik. Bunu bilirik və bundan dərs çıxardıq. Heyif oldu, amma növbəti yarışlara baxacayıq”.

, ,

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*