K.Sayns: “Bolidin hər detalını təkmilləşdirdik”

McLaren komandasının sürücüsü Karlos Sayns bildirib ki, “narıncılar” MCL35-i düzəltmək üçün çox işləyiblər.

F-1.az xatırladır ki, keçən il qənaətbəxş nəticə göstərərək Mühəndislər Kubokunda 4-cü olan McLaren 2020-ci il bolidini dünən təqdim edib. Maşının burun hissəsində ciddi dəyişikliklər var və paket daha dardır.

Karlos Sayns: “Bu gün hamımız üçün vacib gündür. Qış aylarında MCL35-in inkişaf prosesini yaxından izlədim. Komandanın nə qədər çox işlədiyini gördüm. Çox adam düşünür ki, keçənilki maşının eynisidir, ancaq Əbu Dabidəki yarışdan sonra çox işləyərək bolidin hər detalını təkmilləşdirdik. Keçənilki performansımız hamıda ruh yüksəkliyi yaratdı. Lakin orta qrupdakı mübarizə çox çətindir. Öndəki üç komandaya çatmaq üçün də çox işləməliyik. Məqsədimiz bu il komandanı irəliyə aparmaqdır. Barselona testlərini səbirsizliklə gözləyirəm”.

,

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*